Amerikalı aktyorlar Bred Pitt və Ancelina Coli boşanma prosesini rəsmən 2024-cü ilin sonunda tamamlayıb.
Dergi.az xəbər verir ki, boşanma prosesi yalnız ailə məhkəməsində deyil, həm də şərab zavodu ilə bağlı mübahisədə sona çatıb. 2008-ci ildə aktyorlar Şato Miravalı alıb və altı il sonra burada evləniblər. Lakin ayrıldıqdan sonra bu yer münaqişə məkanına çevrilib.
2021-ci ildə Coli öz payını Stoli Group-a daxil olan Tenute del Mondo şirkətinə satıb. Pitt isə bunun onların razılaşmasını pozduğunu iddia edərək məhkəməyə müraciət edib. Coli isə əks iddia ilə cavab verib və mübahisə zamanı zorakılıqla bağlı ittihamlar, həmçinin Pittin ona baş verənlər haqqında danışmamaq üçün məxfilik müqaviləsi imzalatmaq istəməsi ilə bağlı iddialar ortaya çıxıb.
