Amerikalı aktyor Bred Pitt Robert Pattinsonun yeni “Ceyms Bond” roluna seçilməsini dəstəklədiyini və onunla eyni filmdə rol almaq istədiyini açıqlayıb.

Dergi.az xəbər verir ki, Los-Ancelesdə yeni filminin premyerasında jurnalistlərin suallarını cavablandıran Pitt, Pattinsonun “Bond” obrazına seçilməsini bəyəndiyini bildirib. O, Pattinsonla eyni layihədə iştirak etmək fikrini müsbət qiymətləndirib.

Mənfi obrazı canlandırmaq istəyib-istəmədiyi barədə suala cavab verən Pitt, “Bunu çox istərdim. Bəli, buna açığam və bu rolu üzərimə götürməyə hazıram”, deyə vurğulayıb.