Britaniyalı aktyor Robert Pattinsonun növbəti “Ceyms Bond” obrazını canlandıracağı açıqlanıb.
Dergi.az xəbər verir ki, aylarla davam edən iddialar və ekran sınaqları ilə bağlı yayılan xəbərlərdən sonra “Amazon MGM Studios” aktyorun məşhur franşizaya qatılacağını rəsmən elan edib.
Beləliklə, Robert Pattinson 64 illik tarixə malik “Ceyms Bond” franşizasında bu əfsanəvi obrazı canlandıran yeddinci aktyor olacaq.
