Amerikalı aktyorlar Bred Pitt və Edvard Norton “Kliff Butun növbəti macəraları” adlı yeni filmin premyerasında bir araya gəliblər.

Dergi.az xəbər verir ki, “Döyüş klubu” (Fight Club) filmində baş rolları paylaşan aktyorların yenidən birlikdə görünməsi pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.

Sosial şəbəkə istifadəçiləri filmin ekranlara çıxmasından 27 il keçməsinə baxmayaraq, hər iki aktyorun demək olar ki, heç dəyişmədiyini qeyd ediblər.