Rusiyalı müğənni Sergey Jukov qızı Nikanı 18 yaşı münasibətilə təbrik edib.

Dergi.az xəbər verir ki, Jukov şəxsi bloqunda qızının şəklini paylaşaraq ona “günəşim” və “papatya” deyə müraciət edib. O, qızına “yeni uğurlara cəsarətlə uçmağı” arzulayıb və həmişə yanında olacağını vəd edib.

Nikanın hazırda Moskva CSKA-nın 22 yaşlı futbolçusu Matvey Lukin ilə münasibətdə olduğu və kino karyerası qurduğu bildirilir. O, “Plaksa” adlı gənclik serialında baş rolu canlandırıb. Nika teatr universitetinə qəbul olunmağı da planlaşdırır.

Sergey Jukov və həyat yoldaşı Reqina Burdun dörd uşağından ən böyüyü olan Nika, atasının məşhurluğu səbəbindən evdə təhsil alıb.

Jukov, may ayında 50 illik yubileyini geniş miqyasda qeyd edib, tədbirdə bir çox məşhur iştirak edib.