Əməkdar artist Könül Kərimova uzun fasilədən sonra yenidən kamera qarşısına keçərək “İki Dəli” duetinə klip üslubunda xüsusi videoçarx hazırladıb.
Dergi.az xəbər verir ki, sənətçi müğənni İntizar Məmmədzadə ilə birlikdə ifa etdiyi mahnının ekranlaşdırılan görüntüləri sevgi, duyğu və fərqli ovqatı özündə birləşdirir.
Videoçarxın bir hissəsi Cabbar Musayev, İntizar Məmmədzadə və Könül Kərimovanın yeni istifadəyə verdikləri studiyada lentə alınıb.
Musiqi layihəsinin yaradıcı heyətində tanınmış adlar yer alıb. Mahnının sözləri Elçin Məhərrəmova, musiqisi Cabbar Musayevə məxsusdur. Aranjimanı və ssenarini İntizar Məmmədzadə hazırlayıb.
