Müğənni-bəstəkar Elçin Cəfərov yeni mahnısını və ona çəkilən klipi təqdim edib.
Dərgi.az xəbər verir ki, sözləri Azər Şirinə, musiqisi ifaçının özünə məxsus olan “Yolüstü” adlı mahnı romantik sevgi balladasıdır.
Klipdə Elçin Cəfərovun tərəf müqabili aktrisa Sevinc Əliyeva olub. Ekran işinin rejissoru Xanlar Ağayevdir.
İllərin gətirdiyi xatirələri və saf sevgini əks etdirən mahnı ifaçının rəsmi “YouTube” kanalında və rəqəmsal platformalarda yayımlanıb.
