Türkiyəli aktrisa Pınar Deniz Mardində keçirilən sıra gecəsində halay çəkib və mahnı oxuyub.
Dergi.az xəbər verir ki, aktrisa tədbirdə Türk rok musiqisinin sevilən ifaçısı Erkin Korayın “Fesuphanallah” mahnısını səsləndirib və səsi ilə heyran qoyub.
Adana doğumlu Pınar Deniz daha sonra “Adana’ya Gel Gidek” mahnısı ilə halaya qatılıb.
Pınar Deniz və dostlarının mahnı oxuyub halay çəkdiyi anlar sosial mediada böyük maraqla qarşılanıb.
