Azərbaycanda aktrisalıqdan müğənniliyə keçid edən gənc artist Şahanə Rzayeva ilk layihəsini təqdim edib.
Dergi.az xəbər verir ki, o, bir neçə gün öncə restoranlardan birində həm klip təqdimatı keçirib, həm də 25 yaşını qeyd edib. “Darıxıram yenə” adlanan mahnının söz və musiqisi Dilarə Qulamova ilə Elvira Qarayevaya məxsusdur.
Layiənin rəhbəri Azər Şirin, vokal müəllimi isə Elçin Cəfərovdur. PR-ın Elvin Elxana həvalə olunduğu ekran işinin rejissoru Vüsal Qarayevdir.
Bəstənin miks və masterinqi isə Hacı Nazim Məmmədova məxsusdur. Təqdimatda Şahanə Rzayeva layihəsi ilə bağlı gözləntilərdən danışıb.
