Türkiyəli iş qadını Derin Mermerci Kandilli sahilində yerləşən 200 illik Kazasker Necmettin Efendi Yalısını satmaq planlarının olmadığını açıqlayıb.

Dergi.az xəbər verir ki, Mermerci, evin ona atası Mehmet Ata Mermerci tərəfindən hədiyyə edildiyini və “ekmeğe möhtac qalsam belə satmam” ifadəsini işlədib.

Mermerci, həmçinin heyvanlara yardım işləri ilə bağlı danışaraq, sağlamlığının pis olmasına baxmayaraq, bu sahədə fəaliyyətini davam etdirmək istədiyini bildirib.

O, bu həftə dörd heyvanı sahibləndirdiyini və kifayət qədər dəstək görmədiyini qeyd edib.