Amerikalı aktyorlar Bred Pitt və Ancelina Coli arasında Fransadakı “Château Miraval” şərab zavodu ilə bağlı mübahisə həll edilib.
Dergi.az xəbər verir ki, keçmiş həyat yoldaşları birgə açıqlama yayıb və mübahisənin ailənin maraqları nəzərə alınaraq məhkəmədən kənar həll edildiyini bildiriblər.
Pitt və Coli məsələ ilə bağlı əlavə şərh verməkdən imtina ediblər.
Məşhur cütlük 2008-ci ildə şərab zavodunu alıb və 2014-cü ildə həmin ərazidə ailə həyatı qurub. Boşandıqdan sonra Ancelina Coli biznesdəki payını satmaq qərarına gəlib.
2021-ci ildə Coli öz payını Tenute del Mondo şirkətinə 67 milyon dollara satıb.
