Müğənni Pünhan Piriyevin toy mərasimində gözlənilməz bir qalmaqal yaşanıb. Toyda müğənni Eldəniz Məmmədovla tamada Pünhan İsmayılov arasında mübahisə yaranıb.

Dergi.az xəbər verir ki, hadisə Eldəniz Məmmədovun mahnı ifa etdiyi anda bəyin nənəsinin söz istəməsi ilə başlayıb. Eldəniz Məmmədov ifasını dayandıraraq mikrofonu bəyin nənəsinə uzadıb.

Bu hərəkət tamada Pünhan İsmayılovu narazı salıb və nəticədə onunla Eldəniz Məmmədov arasında mübahisə baş verib. Vəziyyətin gərginləşdiyini görən bəy tərəfləri sakitləşdirməyə çalışıb.

Pünhan İsmayılov, “Qonaqcanlı” verilişində açıqlama verərək Eldəniz Məmmədovla 35 ildir dost olduqlarını və aralarında heç bir ciddi problem olmadığını bildirib.