Los-Ancelesdə Victoria’s Secret-in illik şousu keçirilib və burada brendin “mələkləri” və tanınmış modellər podiuma çıxıb.

Dergi.az xəbər verir ki, şouda Adriana Lima, Cici və Bella Hadid, İrina Şeyk, Rozi Hantinqton-Uaytli, Barbara Palvin, Kayli Cenner, Alessandra Ambrosio, Doutsen Krez, Kendis Sveynpol, Vittoria Çeretti, Eşli Qraham, Behati Prinslu və başqaları iştirak edib.

Şounun sürprizi Kayli Cennerin debütü olub. Kim Kardaşyanın bacısı və Timoti Şalame ilə sevgili olan Cenner, dəyəri 50 milyon dollar olan və qiymətli daşlarla bəzədilmiş məşhur Fantasy Bra ilə podiuma çıxıb.

Cenneri dəstəkləmək üçün sevgilisi Timoti Şalame, anası Kris Cenner və onun sevgilisi də tədbirdə iştirak edib.