Türkiyəli aktrisa Jülide Kural həyat yoldaşı Kadir İnanırın mirası ilə bağlı iddialara cavab verib.
Dergi.az xəbər verir ki, Kadir İnanırın bacısı Elmas Bakarın qızı Gül Bakar da bu mübahisələrə qatılıb. O, Jülide Kuralın yanında olduğunu bildirib.
Gül Bakar açıqlamasında xalasının xəstəlik dövründə Kadir İnanıra böyük sevgi və diqqətlə yanaşdığını qeyd edib. O, bu müddətdə Jülide Kuralın fedakarlığının şahidi olduğunu vurğulayıb.
Həmçinin, Gül Bakar xəstəxana personalının da bu müddətə şahid olduğunu əlavə edib.
