Məşhur türk aktyorlar Kıvanç Tatlıtuğ və Burak Yamantürk Yeniköy yolunda motosiklet sürərkən görüntüləniblər.
Dergi.az xəbər verir ki, Kıvanç Tatlıtuğ tam qoruyucu peşəkar geyimi və xüsusi hazırlanmış motosikleti ilə diqqət çəkib. Həmçinin, aktyora Çağatay Ulusoyla arasındakı küsülülüyün sona çatdığı barədə iddialar ünvanlanıb.
“Xəbərlərdə yazılan ssenarilər oynadığım layihələrin ssenarilərindən daha yaradıcıdır. Nə deyim ki? Heç cavab vermək də istəmirəm” deyə Tatlıtuğ bildirib. Daha sonra o, Burak Yamantürklə birlikdə oradan uzaqlaşıb.
