Türkiyəli müğənni Metin Şentürk safra kisəsi əməliyyatından sonra səhnəyə çıxaraq pərəstişkarlarını sevindirib.

Dergi.az xəbər verir ki, 60 yaşlı sənətçi şiddətli ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib və əməliyyat keçirib. O, əməliyyatdan sonra Ankarada dostu Hakan Altunun konsertində iştirak edib və səhnədəki zarafatları ilə diqqət çəkib.

Sosial mediada yayılan ölüm xəbərlərinə cavab verən Şentürk, “He öldüm be. Ruhum size şarkı söylüyor… Benim ölüm sizin dirinize yeter manyaklar!” ifadələrini işlədib.

Görmə qabiliyyətini üç yaşında itirən Metin Şentürk, Ferrari ilə sürət rekordları qıraraq həyatın hər sahəsində maneələri aşmağa davam edir. Onun səhnəyə qayıdışı və sağlamlıq vəziyyətinin yaxşı olması pərəstişkarları tərəfindən böyük coşqu ilə qarşılanıb.