Türkiyəli aktrisa Pelin Uluksar Allan Hakko ilə ayrılığından sonra ilk dəfə açıqlama verib.

Dergi.az xəbər verir ki, aktrisa ayrılıq səbəbi kimi “qısqanclıq” iddialarını qəti şəkildə təkzib edib. O, bu xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

Pelin Uluksar hazırda diqqətini tamamilə işinə yönəltdiyini və sektorda çox şanslı biri olduğunu vurğulayıb. O, yeni layihələr üçün hərəkətli bir dövrə girdiyini də qeyd edib.

Aktrisa “Çox könlümə yatan bir layihə var, inşallah tezliklə başlayacaq” deyərək ekranlara dönəcəyinin siqnalını verib.