Türkiyəli pop müğənnisi Ebru Gündeş üz gərdirmə əməliyyatı etdirdiyini açıqlayıb.

Dergi.az xəbər verir ki, müğənni konsertində “Yarım üz gərdirmə əməliyyatı etdirdim. Sizlər üçün etdirdim. Necə, 10 yaş cavanlaşmışammı?” ifadələrini işlədib.

İddialara əsasən, Ebru Gündeş bu əməliyyat üçün 200 min dollar (təxminən 10 milyon TL) xərcləyib.

Müğənni estetik əməliyyatdan sonra sosial media hesabında yeni fotoşəkillərini paylaşaraq yenidən gündəmə gəlib.

Paylaşılan fotoşəkillər qısa müddətdə minlərlə bəyənmə və şərh alıb. Ebru Gündeşin dəyişimi izləyicilər tərəfindən “Estetik yaraşıb”, “Bambaşqa biri olub” kimi şərhlərlə qarşılanıb.