Türkiyəli müğənnilərin Yeni il gecəsi Kiprdə səhnəyə çıxacaq konsert qonorarları gündəmə gəlib.
Dergi.az xəbər verir ki, Ebru Gündeş, Mahsun Kırmızıgül və Kenan Doğulu Kiprdə keçiriləcək Yeni il konsertində ayrı-ayrılıqda 25 milyon türk lirəsi alacaq. Üç müğənninin ümumi qazancı 75 milyon lirəyə (2 milyon 500 min manat) çatacaq.
Ebru Gündeşin səhnə qiymətindəki artım müzakirə mövzusu olub. Kenan Doğulunun da iki saatlıq konserti üçün 25 milyon lirə qazanacağı iddia edilib. Ötən il 10 milyon lirə aldığı bildirilən sənətçinin bu ilki qonorarının 25 milyon lirəyə yüksəldiyi qeyd olunub.
Bundan əlavə, Yıldız Tilbe və Hadise Kiprdə 22 milyon 600 min lirə, Edis İstanbulda 20 milyon lirə, Hande Yener, Gülşen Kiprdə 20 milyon lirə, Sibel Can, Bülent Ersoy və Özcan Deniz Kiprdə və Batumda 15 milyon lirə alacaq.
Funda Arar, Candan Erçetin və Sıla Gençoğlu isə 12 milyon 500 min lirə qonorarla İstanbul, Kipr və Antalyada səhnəyə çıxacaq.
