Türkiyəli aktrisa Merve Boluğur sosial mediada paylaşımı ilə diqqət çəkib. Aktrisa haqqında yayılan hamiləlik iddialarını zarafatla təkzib edib.

Dergi.az xəbər verir ki, Boluğurun sosial mediada paylaşdığı bir görüntüdə qarın bölgəsinin nəzərə çarpması onun hamilə olması ilə bağlı şayiələrə səbəb olub. Aktrisa isə “Hamiləyəm? Möcüzə uşaq o zaman” sözləri ilə bu iddialara cavab verib.

Merve Boluğur həmçinin bir markanın təqdimat mərasimində podyuma çıxıb və gəzintisi ilə diqqət mərkəzində olub. O, bu anları sosial mediada paylaşaraq, “Adriana işinə bax bacım” deyə qeyd edib və dünyaca məşhur model Adriana Limaya səslənib.