Amerikalı aktrisa Keyli Kuoko ikinci dəfə ana olub. “Böyük partlayış nəzəriyyəsi” serialının ulduzu sevgilisi, 44 yaşlı aktyor Tom Pelfri ilə qız övladı dünyaya gətirib.

Dergi.az xəbər verir ki, aktrisa sosial media hesabında doğum evindən bir sıra fotolar paylaşaraq, qızlarının 10 oktyabrda dünyaya gəldiyini bildirib. Qızlarına Filomena Karmayn Bobbi Pelfri adı verilib.

Kuoko paylaşımında “Bu hissi yenidən yaşamaq möcüzədir. Bizim kiçik Filoya qovuşmağımız üçün bu çılğın yolda bizə dəstək olan hər kəsə minnətdarıq. İndi ailəmiz tamdır. Kiçik qızımızı Matildanın yanına evə aparmağın vaxtıdır!” sözlərini qeyd edib.

Aktrisa həmçinin sevgilisi Tom Pelfriyə olan sevgisini etiraf edib və onunla tanışlıqdan sonra həyatının necə dəyişdiyini danışıb.

Keyli Kuoko və Tom Pelfri 2022-ci ildə “Ozark” serialının premyerasında tanış olublar və münasibətlərini bir ay sonra ictimaiyyətə açıqlayıblar. 2023-cü ildə onların Matilda adlı qızları doğulub.