Böyük Britaniyalı aktyor Ben Barns amerikalı aktrisa Obri Kleland ilə evlənib.

Dergi.az xəbər verir ki, cütlüyün toy mərasimi ABŞ-ın Oreqon ştatında yerləşən Şato de Lis qəsrində baş tutub. Tədbirdə 150 nəfər iştirak edib və mərasim romantik ab-hava ilə yadda qalıb.

Ben Barns sosial media hesabından paylaşım edərək evləndiklərini elan edib. O, paylaşımında həyat yoldaşını “nadir zəriflik, xeyirxahlıq və gözəllik sahibi” kimi təsvir edib.

Bildirilir ki, cütlük 2024-cü ilin yayında tanış olub və həmin ilin dekabrında Kleland Barnsın “Nevermind” mahnısının klipində rol alıb. Onlar hazırda Los-Ancelesdə yaşayır.

Ben Barns “Narniya xronikaları”, “Dorian Qreyin portreti”, “Cəza verici” və “Kölgə və sümük” kimi layihələrdə rol alıb. Obri Kleland isə “Qara Dul” və “Cinayətkar kimi düşünmək” seriallarında çəkilib.