Britaniyalı müğənni Dua Lipa kuzeninin toyunda qızıl rəngli, açıq dekolteli geyimi ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, müğənni Instagram hesabında ailə üzvləri, o cümlədən anası Anesa və bacısı Rina ilə birlikdə çəkilmiş fotoları paylaşıb. “Kuzenim xəyalındakı qadınla evləndi və biz böyük bir alban toyunda iştirak etdik!” – deyə o, paylaşımına şərh yazıb.
Dua Lipa qızıl rəngli uzunqol geyimini qara şalvar və qızıl detallı dar kəmərlə tamamlayıb. Zərgərlik aksessuarları olaraq sallanan sırğalar və üzük seçib, saçlarını düz və ortadan ayrılmış şəkildə saxlayıb.
Müğənninin atası Dukagjin Lipa isə şərhlərdə “Hələ də rəqs edirəm” deyə qeyd edib.
Dua Lipa həmçinin gözəllik sahəsindəki maraqlarını DUA adlı dəriyə qulluq markası ilə inkişaf etdirib.
