Məşhur İtalyan rok qrupu Måneskinin lideri Damiano David və amerikalı müğənni və aktrisa Dove Cameron, üç illik münasibətlərini nikahla taclandırdılar. Dergi.az xəbər verir ki, cütlük Toskanda, Montalcino şəhərinin tarixi Palazzo dei Priori binasında evləniblər.
Mərasimdə hər iki məşhur ağ kostyum geyinmişdi. Damiano David cəsarətli seçim edərək pencəyi birbaşa bədəninə geyinmiş, Dove Cameron isə köynək və qalstukla tamamlanmış obraz yaratmışdı. Gəlinin əlindəki ağ kalla çiçəklərindən ibarət buket də xüsusi diqqət çəkib.
27 yaşlı Damiano və 30 yaşlı Dove 2023-cü ildən bəri birlikdədirlər və bu, hər ikisi üçün ilk nikahdır. Cütlük 2026-cı ilin yanvar ayında nişanlandıqlarını elan etmişdilər.
Damiano daha öncə İtalyan model Giorgia Soleri ilə yeddi il münasibətdə olmuşdu. Lakin, internetdə yayılan bir videoda Damiano başqa bir qızla öpüşərkən görüntülənmiş və bu, onların ayrılmasına səbəb olmuşdu. Daha sonra cütlük məlum edib ki, həmin hadisədən əvvəl artıq ayrılmışdılar və münasibətləri heç vaxt monoqam olmamışdı.
