Azərbaycanəsilli reper Navainin anası Aynur Bakirova oğlunun Qazaxıstanda saxlanılması ilə bağlı açıqlama verib.
Dergi.az xəbər verir ki, Aynur Bakirova vəziyyətin həll olunacağını və musiqiçinin yaxın vaxtlarda sərbəst buraxılacağını bildirib.
Aynurun sözlərinə görə, oğlunun mühafizəçiləri ona zəng edərək məsələnin artıq həll olunduğunu deyiblər.
“Onun mühafizəçiləri zəng edib dedilər ki, orada hər şeyi artıq həll ediblər. İndi onu buraxacaqlar. Dedilər ki, narahat olma, cəriməni ödəyəcək və məsələ bağlanacaq. Mənim az qala halım pisləşdi” deyə Aynur həyəcanla bildirib.
“İlahi, onun narkotiklə nə əlaqəsi var? Ona böhtan atıblar! O, ümumiyyətlə, bu işlərlə məşğul olmur. Bu necə ola bilər axı? İlahi, bəs oğlumu kim bu vəziyyətə salıb? Onun tezliklə konserti var. Belə bir şey ola bilməz, sizə dəqiq deyirəm, ola bilməz. Mən hələ konsertin niyə dayandırıldığını da düşünmüşdüm”, – deyə Aynur bildirib.
