Rusiyalı supermodel Nataliya Vodianova Qazaxıstana səfəri zamanı al rəngli tük bəzəkli geyimdə ictimaiyyət qarşısına çıxıb və ilk dəfə kımız içib.
Dergi.az xəbər verir ki, Vodianova Mərkəzi Asiya Ekoloji Araşdırmalar İnstitutunu ziyarət edib, Medeu ətrafını gəzib. O, həmçinin beynəlxalq Be Woman Asia 2026 forumunun baş spikeri olub.
Nataliya Vodianova bu səfərə altıncı övladı Annu Nataliyu Larisa Arno dünyaya gətirəndən iki ay sonra yola düşüb. Uşağın atası milyarder Bernar Arnonun oğlu Antuan Arnoyla Vodianova 2020-ci ildən evlidir.
Vodianovanın əvvəlki evliliyindən də üç övladı var: 24 yaşlı Lukas, 19 yaşlı Viktor və 20 yaşlı Neva.
