Rusiyalı supermodel Nataliya Vodianova qadınlara özlərinə inanmağı və bir az cəsarətli olmağı tövsiyə edib.
Dergi.az xəbər verir ki, Vodianova bu sözləri Qazaxıstanın Almatı şəhərində keçirilən “Be Woman Asia 2026” forumunda, modelin fondu tərəfindən təşkil edilən qala axşamında bildirib. Bloger Tatyana Solovyovanın qadınlara məsləhət vermə istəyi ilə Vodianova “Özünüzə inanın, bir az cəsarətli olun, bu çox vacibdir” deyə vurğulayıb.
Vodianova tədbir üçün 22 yaşlı rus dizayner İlya Miqmunun hazırladığı geyimi seçib. O, tədbirdən əvvəl Almatı şəhərini gəzib, Mərkəzi Asiya Ekoloji Araşdırmalar İnstitutunu ziyarət edib və Mədö idman kompleksi ətrafında gəzişib.
Qeyd edək ki, “Çılpaq Ürəklər” xeyriyyə fondunun təsisçisi olan Vodianova bir ay əvvəl altıncı dəfə ana olub. Modelin və həyat yoldaşı Antuan Arnonun qızı sentyabrın 2-də dünyaya gəlib və ona Anna Nataliya Larisa adı verilib.
