Rusiyalı supermodel Nataliya Vodianova Parisdə “Obnajonnie serdtsa” xeyriyyə fondunun gecəsini təşkil edib.

Dergi.az xəbər verir ki, tədbir Vodianovanın doğumdan sonra ilk ictimai çıxışı olub. Qonaqlar arasında Nataliyanın həyat yoldaşı Antuan Arno, müğənni Cennifer Lopez, model Ksenia Şipilova və dizayner Stella Makkartni yer alıb.

Gecə Vodianovanın dostu Stella Makkartni ilə əməkdaşlıq çərçivəsində keçirilib. Makkartni Vodianovanın şərəfinə “Natalia Ryder Bag” adlı ürək formalı çanta təqdim edib. Çantanın satışından əldə olunan gəlir autizmli uşaqlara dəstək məqsədilə xərclənəcək.

Bu yay “Obnajonnie serdtsa” fondu Türkiyədə də böyük bir tədbir təşkil edib. Keçən il isə fondun yubileyi Dubayda qeyd edilib.