Rusiyalı aktrisa Anna Xilkoviç qızlarını dayələrindən qısqandığını etiraf etdikdən sonra sosial mediada tənqid edilib.

Dergi.az xəbər verir ki, Xilkoviç dayələrin qızları üçün ana əvəzi olmadığını bildirib və uşaqların onlara bağlanmaması üçün dayələri dəyişdirdiyini açıqlayıb. O, bu barədə Nadejda Streletsin YouTube kanalında danışıb.

Aktrisa dayələrin bəzi davranışlarının onun üçün qəbuledilməz olduğunu qeyd edib. Xilkoviç bir dayənin uşağı öz yanına yatırtdığını və bunun onun üçün yolverilməz olduğunu vurğulayıb.

İntervyu altındakı şərhlərdə bir çox izləyici aktrisanın mövqeyini sərt tənqid edib. Onlar Xilkoviçin uşaqları dayələrdən uzaqlaşdırmasını “uşağa zülm” və “eqoist mövqe” kimi qiymətləndiriblər.

Xatırladaq ki, Anna Xilkoviç “Barviha”, “Univer” və “Zvonite DiKaprio” serialları ilə tanınır. O, 2015-ci ildən iş adamı Artur Volkovla evlidir və üç qız övladı var.