44 yaşlı supermodel Natalya Vodyanovanın alt paltarında çəkildiyi yeni fotosessiya sosial şəbəkələrdə və “Spletnik”in oxucuları arasında müzakirələrə səbəb olub.

Dergi.az xarici mediaya istinadən xəbər verir ki, Vodyanova fotosessiyada fransız alt paltarı brendi Cou Cou üçün kamera qarşısına keçib. Çəkilişlər onun altıncı hamiləliyi dövründə baş tutub.

Fotolarda modelin açıq-saçıq obrazları bəzi izləyicilərin tənqidinə səbəb olub. Şərhlərdə fotosessiyanın konsepsiyası, Vodyanovanın yaratdığı obraz və onun həyat yoldaşı, milyarder Antuan Arnoya dair müxtəlif fərziyyələr səsləndirilib.

Bəzi istifadəçilər çəkilişlərdə qadınlıq və analıq mövzularının həddindən artıq seksual təqdim edildiyini iddia ediblər. Digərləri isə fotosessiyanın ideyasını tənqid edərək bunu “qəribə” və “narahatedici” hesab etdiklərini yazıblar.

Bununla yanaşı, şərhlərdə Antuan Arnonun şəxsi həyatı və guya qeyri-standart cinsi zövqləri ilə bağlı heç bir təsdiqi olmayan iddialar da səsləndirilib.

Qeyd edək ki, bu fikirlər sosial şəbəkə istifadəçilərinin şəxsi rəyləridir və Vodyanova və ya Arnonun özləri tərəfindən təsdiqlənməyib.