Britaniyalı müğənni James Blunt məşhur “Celebrity Traitors” şousunun ikinci mövsümünə qatılmasının səbəbini açıqlayıb.
Dergi.az xəbər verir ki, 52 yaşlı müğənni BBC-nin hit proqramında iştirak etməsinin əsas səbəbinin yeni albomu “Airplane Mode”u tanıtmaq olduğunu bildirib. Albom, “Celebrity Traitors” yayımlandıqdan qısa müddət sonra işıq üzü görərək 2007-ci ildən bəri ilk dəfə Böyük Britaniyada birinci yerə yüksəlib.
James Blunt, “Sunday Times”a verdiyi açıqlamada, şouya qatılmasının öz fikri olmadığını və həyat yoldaşı, vəkil Sofia Wellesley-nin Claudia Winkelman ilə dostluğuna görə bu qərarın verildiyini deyib. “Əslində mən imzalamadım, həyat yoldaşım Claudia ilə dost olduğu üçün o, imzaladı,” deyə müğənni bildirib.
James Blunt şouda iştirakından sonra qarışıq hisslər yaşadığını və yenidən belə bir təcrübəyə qatılmayacağını vurğulayıb. O, “Televiziyada şounu izləmədən əvvəl əhvalım yüksək idi, amma keçən ay izlədikdən sonra o qədər də müsbət olmadım, çünki çox montaj olunmuşdu,” deyə əlavə edib.
Müğənni, həyat yoldaşının onun xəbəri olmadan şouya qatılmasına səbəb olduğunu bir neçə dəfə qeyd edib.
