Türkiyəli aktrisa Hülya Koçyiğit, “Susuz Yaz” adlı yeni serialın Kanal D-də yayımlanacağını bildirib.

Dergi.az xəbər verir ki, Metin Erksanın rejissorluğu ilə çəkilən və 1963-cü ildə ilk dəfə ekranlara çıxan “Susuz Yaz” filmi yenidən serial formatında təqdim ediləcək. Hülya Koçyiğit, serialın yeni versiyasında Bahar obrazını canlandıracaq Lizge Cömert ilə birlikdə Antalya’da keçirilən BMT İqlim Dəyişikliyi Konfransı COP31-də iştirak edib.

Koçyiğit, “Susuz Yaz”ın gerçək hadisələrə əsaslandığını və İzmirin Urla bölgəsində çəkildiyini vurğulayıb. O, suyun bir şəxsin mülkiyyəti ola bilməyəcəyini ifadə edib.

Hülya Koçyiğit, iqlim dəyişikliyi ilə mübarizədə hər kəsin məsuliyyət daşıdığını və bu cür tədbirlərin vacib olduğunu qeyd edib. O, “Susuz Yaz”ın yeni versiyasının yayımlanmasından məmnun olduğunu və serialı böyük maraqla izləyəcəyini bildirib.

Serialın ssenarisi Sema Ergenekon tərəfindən yazılıb və çəkilişləri Adanada davam edir. Baş rollarda Mert Ramazan Demir, Lizge Cömert və Batuhan Bozkurt Yüzgüleç yer alıb.