Türkiyəli aktyor Mert Ramazan Demir “Susuz Yaz” serialında rol aldığını açıqlayıb.

Dergi.az xəbər verir ki, Demir “Susuz Yaz”ın onun üçün xüsusi bir mənası olduğunu bildirib. O, Metin Erksanın imzasını daşıyan bu əsərin Türk kino tarixində əhəmiyyətli yer tutduğunu vurğulayıb. Aktyor, bu layihədə iştirak etdiyi üçün xoşbəxt olduğunu deyib.

Serial 1970-ci illərin Adanasında, Çarlak kəndində iki qardaşın həyatını dəyişdirən hadisələri əks etdirir. Mert Ramazan Demir Osman rolunu canlandırır, onun qardaşı Hasan isə Batuhan Bozkurt Yüzgüleçdir. Osman, Bahar adlı qıza olan sevgisi ilə qardaşlar arasındakı tarazlığı dəyişdirir.

“Susuz Yaz”ın ssenarisi Sema Ergenekon tərəfindən yazılıb, rejissorları isə Yusuf Pirhasan və Mehmet Can Bindaldır. Serialın baş rollarında Mert Ramazan Demir, Lizge Cömert və Batuhan Bozkurt Yüzgüleç yer alır.

“Susuz Yaz” serialı Ay Yapım tərəfindən istehsal olunub və tezliklə Kanal D-də yayımlanacaq.