Kanal D-nin Yeşilçam ruhunu ekranlara daşıyan “Haysiyyət” serialında Tufanın sirri açıqlandı.

Dergi.az xəbər verir ki, Suzanın, Gülsümün Tufandan hamilə olduğunu açıqlaması Karlıova ailəsinin ocağına atəş kimi düşüb. Tufanın həqiqəti inkar edə bilməməsi ilə Yıldız xəstəxanalıq olub. Təcili əməliyyata alınan Yıldız, Tufana qapıları bağlayıb və onu bağışlamayacağını deyərək evdən ayrılıb.

Karlıovaların xəyalı ilə bağlı da mühüm bir inkişaf yaşanıb. Azizin ölümü, Suzanın açdığı dava və Tufanın xəyanəti sonrası Sadık Karlıova ən böyük xəyalından vaz keçib. Qardaşlar, atalarını qərarından döndərməyə çalışsalar da, uğur qazana bilməyiblər. Sadıkın “Sattım bile” sözləri həm onları, həm də ekran qarşısındakıları sarsıdıb.

Simayın, Mehmetə Enderin keçmiş sevgilisi olduğunu açıqlaya bilməməsi ilə daha da çətin vəziyyətə düşdüyü “Haysiyyət”, izləyiciləri yenidən ekrana kilidləyib. “Evden ayrılan Yıldız hara gedəcək?”, “Karlıovalar arsanın satılmasının ardından ailə apartmanı xəyalından vaz keçəcəkmi?” və “Simay, Mehmetə həqiqəti deyəcəkmi?” sualları, rəqəmsal platformalarda gündəm olub.

Süreç Film imzalı “Haysiyyət”, yeni bölümləri ilə çərşənbə axşamları Kanal D-də ekranlara gəlir.