Türkiyəli aktyor Akın Akınözü və aktrisa Melis Uzunoğlu münasibətlərinin birinci ildönümünü qeyd ediblər.

Dergi.az xəbər verir ki, cütlük bu münasibətlə sosial media hesablarında romantik fotolar paylaşıblar. Akın Akınözü paylaşımında “Neredeydin bugüne kadar…” sözlərini yazıb.

Melis Uzunoğlu da öz paylaşımında sevgisini ifadə edərək birlikdə keçirdikləri anların əhəmiyyətini vurğulayıb.

Akın Akınözü və Melis Uzunoğlu son bir il ərzində münasibətlərini gizli saxlamayıblar və tez-tez birlikdə görüntüləniblər.