Türkiyəli aktyor Olgun Şimşek “Yörük Kızı / Güneşli Günler” serialında rol alacaq. Serial TRT 1 kanalında yayımlanacaq.

Dergi.az xəbər verir ki, Bozdağ Film tərəfindən hazırlanan serialda Olgun Şimşek Yaşar adlı obrazı canlandıracaq. Yaşar Toroslarda yaşayan son köçəri Yörük ailəsinin başçısı olacaq.

Serialda Yaşar obrazı Ferhat, Güneş və Ceylan adlı üç uşağın atası kimi təqdim olunacaq. Güneş adlı qızın universitet imtahanında Türkiyə birincisi olması və ailənin İstanbula köçməsi ilə baş verən hadisələr serialın əsas mövzusunu təşkil edir.

Serialda Mina Demirtaş Güneş obrazını canlandıracaq. Baba-qız münasibətləri serialın ən güclü xəttini təşkil edəcək.