Rusiyalı aktyor Aleksey Qavrilov “Univer” serialında Qoşa rolunu necə əldə etdiyini açıqlayıb.
Dergi.az xəbər verir ki, Qavrilov “Kipnis” layihəsində iştirak edərək, kastinq zamanı özünü necə apardığını danışıb. Aktyor bildirib ki, rolu qazanmaq üçün heç bir məhdudiyyət tanımayıb və obrazının xarakterinə uyğun olaraq cəsarətli davranışlar sərgiləyib.
Qavrilov əlavə edib ki, ona verilən tapşırıq personajı qadınpərəst kimi təqdim etmək olub və bu səbəbdən öz hərəkətlərindən peşman deyil.
Bundan əvvəl aktrisa Nastasiya Samburskaya “Univer”dəki həmkarı Ararat Keşçyan ilə yaşadığı münaqişənin təfərrüatlarını açıqlayıb. Onların münasibətləri bir neçə il əvvəl çəkiliş meydançasında baş vermiş insidentdən sonra kəsilib.
Samburskaya, həmçinin, “Univer”dəki digər həmkarı Vitali Qoqunskiyə onun varlığını unutmağı xahiş edib və aktyorun “özündə olmadığını” qeyd edib.
