“HBO”nun “Harri Potter” serialında Harri Potterin valideynlərini canlandıracaq aktyorlar bəlli olub.
Dergi.az xəbər verir ki, “Ceyms və Lili Potter” rollarını ifa edəcək aktyorlar rəsmi olaraq təsdiqlənib. Baş qəhrəmanın atası “Ceyms Potter” obrazını “Çimərlikdə qətl” serialı ilə tanınan Yasper Talbot, anası “Lili Potter” obrazını isə “Domina” tarixi dramında rol alan Hanna Çinn canlandıracaq.
Aktyorlar layihənin “Harri Potter və Fəlsəfə Daşı” adlanan ilk mövsümündə yer alacaqlar. Tamaşaçılar onları xatirə səhnələrində, ailənin arxiv fotolarında, eləcə də sehrli “Erised” güzgüsü ilə bağlı səhnələrdə görəcəklər.
