Aktyor Elməddin Cəfərov səhnə və ekran işlərində ailə dəyərlərinin, etik çərçivələrin qorunmasının vacibliyindən danışıb.
Dergi.az xəbər verir ki, sənətçi “Pozan Media”ya müsahibəsində bəzi yumor layihələrində istifadə olunan zarafatları və açıq-saçıq səhnələri tənqid edib.
Cəfərov bildirib ki, öz ailəsinin baxmayacağı layihəni başqa ailələrə təqdim etməyi düzgün hesab etmir.
“Öz evimdəkilərin – anamın, həyat yoldaşımın, bacımın baxmadığı layihəni başqalarının ailəsinə təqdim edə bilmərəm. İnsanları güldürmək naminə o dərəcədə dayazlığa enməyə, açıq-saçıqlığa və çılpaqlığa elə də ehtiyac yoxdur. Həqiqi sənətkar belə vasitələrə əl atmaz”, – deyə aktyor bildirib.
Sənətçi ailə mühitini nəzərə almadan səviyyəni aşağı salan yanaşmaları qınadığını da vurğulayıb.
Dergi.az
