Aktyor və rejissor Elməddin Cəfərov sənətə gəlməzdən əvvəl başqa ixtisas üzrə təhsil aldığını açıqlayıb.

Dergi.az xəbər verir ki, Cəfərov “Pozan Media”ya müsahibəsində aktyorluq təhsili ala bilməməsi ilə bağlı illərdir çoxlarının bilmədiyi bir detalı bölüşüb.

Sənətçi əslində Tarix fakültəsini bitirdiyini, daha sonra İncəsənət Universitetinə sənəd verdiyini bildirib.

“Mən əslində Tarix fakültəsini bitirmişəm. Sonra İncəsənət Universitetinə sənəd verdim, amma dedilər ki, ikinci təhsil olduğu üçün pul ödəməlisən. Bizim isə ailəlikcə o vaxt ödənişli oxumağa maddi imkanımız yox idi”, – deyə Cəfərov danışıb.

Aktyor diplomu və bu sahədə formal təhsil imkanının olmamasına baxmayaraq, sənətdən vaz keçmədiyini vurğulayıb.

“Mənim diplomum və şansım yox idi, amma təslim olmadım, öz gücümə döyüşüb bu yerlərə gəldim”, – deyə o əlavə edib.

Dergi.az