Türkiyəli aktrisa Ceren Karakoç “Kızılcık Şerbeti” serialına geri dönüb.

Dergi.az xəbər verir ki, serialın ssenari dəyişikliklərindən sonra Karakoç yenidən heyətə daxil olub. Məlumata görə, “Kızılcık Şerbeti” serialının ssenarisi Ozan Yurdakul, Meryem Gür, Burcu Över və Caner Güler tərəfindən yazılmağa başlanıb.

Ceren Karakoç sosial media hesabında yeni fotosunu paylaşaraq “Yarım qalmış bir hekayə vardı, geri döndüm. Heç getməmiş kimiyəm” qeydini yazıb. Bu paylaşım izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

“Kızılcık Şerbeti” izləyiciləri aktrisanın dönüşünü sosial mediada geniş müzakirə ediblər.

SOSİAL MEDİA MƏZMUNU