Rusiyalı aktrisa Marina Neelovanın qabırğasının sınıb və bu səbəbdən “Sovremennik” teatrı onun iştirak etdiyi tamaşaları ləğv edib.

Dergi.az xəbər verir ki, 2 noyabrda planlaşdırılan “Balzaminovun evliliyi” tamaşası və 5 noyabrda göstərilməsi nəzərdə tutulan “203-205” tamaşası əvəzinə Leonid Yarmolnik və Nikita Yefremovun yaradıcılıq gecəsi keçiriləcək.

Aktrisanın səhhəti ilə bağlı ətraflı məlumat açıqlanmayıb. “Sovremennik” nümayəndələri Neelovanın həkimlərin nəzarəti altında olduğunu və onun sağalmasının əsas prioritet olduğunu bildiriblər.