Türkiyəli televiziya prodüseri Acun Ilıcalı və keçmiş həyat yoldaşı Şeyma Subaşı qızları Melisanın doğum günü münasibətilə bir araya gəlib.
Dergi.az xəbər verir ki, 2017-ci ildə evlənən və 2018-ci ildə boşanan məşhur cütlük, qızlarının bu xüsusi günündə birgə iştirak edərək doğum günü qeyd edib.
Acun Ilıcalının sosial media hesabından paylaşılan duyğusal mesaj və tədbirdən çəkilmiş fotolar qısa müddətdə magazin gündəminə düşüb.
