“Gelinim Mutfakta” proqramında iştirak edən Beyza Özer şıklığı və baxımlı tərzi ilə diqqət çəkib.

Dergi.az xəbər verir ki, Aslı Hünelin təqdim etdiyi proqramda modellik edən Özer, yarışmaya hazırlaşarkən seçdiyi kombinasiyalarla fərqlənib. Onun baxımlı görünüşü yarışmanın önəmli detalları arasında yer alıb.

Nişanlı olan Beyza Özer, qayınanası ilə birlikdə proqramda iştirak edir. Yarışmada mətbəx bacarıqlarını nümayiş etdirən gəlinlər, eyni zamanda qayınanalardan gələcək ballar üçün mübarizə aparır.

“Gelinim Mutfakta” həftə içi hər gün saat 13.45-də Kanal D-də yayımlanır.