Amerikalı müğənni və aktrisa Jennifer Lopez yeni “Proof of Love” adlı mahnısını təqdim etməyə hazırlaşır.

Dergi.az xəbər verir ki, Lopez bu mahnını yazmaq üçün uşaqları Max və Emme Munizin kollecə getməsindən ilham alıb. O, Variety-ə açıqlamasında bildirib ki, uşaqlarının gedişi onun həyatında böyük bir boşluq yaradıb və bu boşluğu musiqi ilə doldurmaq qərarına gəlib.

“Proof of Love” mahnısı Lopezin 2011-ci il “Love?” albomunun vinil formatında yenidən buraxılışında bonus trek kimi yer alacaq. Müğənni mahnının sevginin sübutu kimi ağrı və kədəri də ifadə etdiyini vurğulayıb.

“Love?” albomunun yenidən buraxılışı ilə yanaşı, Jennifer Lopezin “The JLo Show: Live in Vegas” adlı yeni konsert filmi də CBS-də və Paramount+ platformasında yayımlanacaq.