Amerikalı aktyor Ben Affleck uşaqlarının ona münasibət məsləhətləri verməsini istəmədiyini etiraf edib.
Dergi.az xəbər verir ki, Affleck, keçmiş həyat yoldaşları Jennifer Lopez və Jennifer Garner ilə uğursuz evliliklərindən sonra uşaqlarının bu cür məsləhətlərə ehtiyac duymadığını bildirib. Aktyorun Jennifer Garner ilə Violet, Fin və Sam adlı üç övladı var.
Bu həftə Jimmy Kimmel Live proqramında çıxış edən Affleck, uşaqlarına həyat dərsləri verməyə çalışdığını, lakin onların bu cəhdlərə istehzalı cavablar verdiyini deyib. “Məsələn, ‘Bilirsiniz, o münasibətdə məsələ budur ki…’ deyə başlayıram; 17 yaşlı oğlum mənə dönüb ‘Aa, sanki sən münasibət mütəxəssisisən, eləmi?’ deyir,” – Affleck bildirib.
Ben Affleck və Jennifer Garner 2005-ci ildən 2015-ci ilə qədər evli qalıb, boşanma prosesi isə 2018-ci ildə tamamlanıb. Daha sonra, 2022-2024-cü illər arasında Jennifer Lopez ilə bir daha evlilik həyatı yaşayıb.
Aktyor, uşaqları böyüyüb istehzalı sözlər etməyə başlamazdan əvvəl özünü “havalı baba” kimi təsəvvür etdiyini qeyd edib.
