Türkiyəli aktyor Ozan Uğurlu “Yabancı Damat” serialında Feride və Kahramanın oğlu Mustafa Can rolunu canlandıraraq məşhurlaşıb.
Dergi.az xəbər verir ki, Ozan Uğurlu serialdan sonra həyatını fərqli sahələrdə inkişaf etdirib. O, təhsil üçün Avstriyaya gedərək, orada maşın mühəndisliyi üzrə təhsil alıb və İstanbul Universitetinin İctimaiyyətlə Əlaqələr və Tanıtım fakültəsini bitirib.
Uğurlu daha sonra Almaniyada rəqəmsal idarəetmə üzrə magistr təhsili alıb. Beləliklə, o, uşaq yaşlarında başladığı televiziya karyerasından tamamilə fərqli bir istiqamətə yönəlib.
Aktyorluqdan sonra musiqi ilə də maraqlanmağa başlayan Ozan Uğurlu “En Uzak Sahil”, “Sen Gibi” və “Daha Fazlası” adlı mahnılar çıxarıb. O, musiqi fəaliyyətlərini davam etdirir.
2026-cı ilin aprelində “Yabancı Damat” serialındakı rol yoldaşı İlker Aksumla yenidən bir araya gəlib. Bu görüş sosial mediada nostalji anlar yaşadıb.
