Rusiyalı müğənni Egor Krid Belarusda alman işğalı qurbanlarının xatirəsini “lağ etməkdə” ittiham edilib.
Dergi.az xəbər verir ki, müğənni yeni “Mily Ubludok” klipində sovet filmi “İdi və bax”ın (1985) qəhrəmanının təsvir olunduğu uzunqol köynək geyinib. Köynəkdə aktyor Aleksey Kravçenkonun canlandırdığı obrazın üzünə pirsinq və döymələr əlavə edilib, parlaq rənglər və “Marking Distance” yazısı yerləşdirilib.
“İdi və bax” filmi 1943-cü ildə Belarusda Böyük Vətən müharibəsi dövründə baş verən hadisələri əks etdirir. Filmin qəhrəmanı, yeniyetmə Flera, partizanlara qoşulur və nasistlərin vəhşiliklərinin şahidi olur.
Kridin bu seçimi sosial mediada geniş tənqidlərə səbəb olub. İstifadəçilər onun bu addımını “tarixin qorxunc anlarına hörmətsizlik” adlandırıblar.
Mash teleqram kanalının məlumatına görə, KM20 mağazasının sahibi Olqa Karput jurnalistlərlə danışmaqdan imtina edib və Kridin həmin uzunqol köynəklə oxuduğu klipin fraqmenti mağazanın instaqram hesabından silinib.
