Rusiyalı müğənni Egor Krid artıq çəki ilə bağlı tənqidlər fonunda idman zalında çəkilmiş yeni foto paylaşıb.

Dergi.az xəbər verir ki, Krid gecə saatlarında zalda məşğul olduğunu göstərən fotonu öz teleqram kanalında yayımlayıb və özünü “şişman” adlandırıb. “Gecə zalı və şişman” – Krid yazıb.

Keçən ay Kridin son çıxışından çəkilmiş fotolar sosial şəbəkələrdə yayılıb və istifadəçilər onun kökəldiyini qeyd edərək “şişman” adlandırıblar. Tənqidlərə cavab olaraq Krid sosial mediada süni intellekt vasitəsilə özünə əlavə çəki əlavə etdiyi foto paylaşıb.

Egor Krid tez-tez ictimai qalmaqallara səbəb olur. Məsələn, onun İnternet Təhlükəsizliyi Liqasının rəhbəri Yekaterina Mizulinaya qarşı məhkəmə iddiası olub. Mizulina musiqiçinin konsertini “əxlaqsızlıq” adlandırıb. Krid isə onu sosial şəbəkələrdə ailə dəyərlərini pozmaqda ittiham edib.