Rusiyalı müğənni Egor Krid xarici görünüşündəki dəyişikliklərlə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.
Dergi.az xəbər verir ki, müğənninin Yaponiyaya səfərindən sonra çəkisini artırdığı və yeni saç düzümü, bığ və saqqal ilə fərqləndiyi bildirilir. İstifadəçilər müğənninin xarici görünüşünü müxtəlif reperlərə bənzədiblər.
Egor Krid isə bu müzakirələrə zarafatla cavab verib. O, idman zalında çəkilmiş bir video və süni intellekt vasitəsilə yaradılmış daha dolğun üz görünüşü ilə bir foto paylaşaraq bu reaksiyalara münasibət bildirib.
Kridin “Yaponiyada bir az suşi yedim, niyə belə narahatsınız?” sözləri ilə paylaşımı maraqla qarşılanıb.
